İdman
Levandovski ilə münaqişə ona baha başa gəldi - İstefa verdi
Mixal Probej Polşa millisinin baş məşqçisi postundan istefa verdiyini açıqlayıb.
Publika.az xəbər verir ki, bu qərar komandanın 2026-cı il dünya çempionatının seçmə mərhələsində Finlandiyaya 1:2 hesabı ilə uduzmasından və millinin tarixində ən çox qol vuran futbolçusu Robert Levandovski ilə yaşanan gərginlik fonunda verilib.
"Yaranmış vəziyyətdə milli komandanın mənafeyi naminə istefa verməyimin ən düzgün qərar olduğuna inanıram", – deyə 52 yaşlı mütəxəssis bildirib.
O, Polşa yığmasına 2023-cü ilin sentyabrında baş məşqçi təyin olunmuşdu. Rəhbərliyi altında komanda 21 oyuna çıxıb, 10 qələbə qazanıb, 7 dəfə məğlub olub və 4 dəfə heç-heçə edib.
Qeyd edək ki, Probej Finlandiya ilə görüşdən bir neçə gün əvvəl Robert Levandovskini kapitanlıqdan kənarlaşdırmışdı. Bu hadisədən sonra "Barselona"nın 36 yaşlı hücumçusu milli karyerasını müvəqqəti dayandırdığını bəyan etmişdi.
Heybət
-
Hadisə18:35Azərbaycanda milyonçu iş adamı HƏBSDƏ ÖLDÜ
-
Rəsmi xronika17:28İlham Əliyev iki sərəncam imzaladı
-
Sosial15:47Buna görə Azərbaycan dünyada ilk iyirmi beşlikdə qərarlaşıb
-
Dünya13:42Afrika toqquşma meydanına çevriləcək – Rusiyadan QORXULU PROQNOZ
-
Dünya12:38Şahın oğlu Trampı gözləyir: İranda şok çevriliş planı
-
Magazin111:44Nurullayevlərin dəbdəbəli toyu - Aygün Kazımovaya 100 min, Nanəyə isə... - FOTO
-
Ekologiya11:20Bu ölkə od tutub yanır: Görün neçə dərəcə isti qeydə alındı
-
Nida Xəbər 10:56Dubayda toy edən Nurullayevi Piterdə niyə döymüşdülər? - FOTO






.jpg)



























.jpg)

