FİFA-nın yeni planı: "Barselona"ya görə KDÇ-də iştirakçı sayı artırılacaq?
Bizi izləyin

İdman

FİFA-nın yeni planı: "Barselona"ya görə KDÇ-də iştirakçı sayı artırılacaq?

FİFA 2025-ci ildə keçiriləcək klublararas dünya çempionatının uğurlu alınacağı təqdirdə, turnirin 2029-cu ildə 48 komandaya qədər genişləndirilməsi ilə bağlı məsləhətləşmələr aparacaq.

Publika.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, əgər FİFA Avropadan 12 komandalıq limitə yenidən baxmasa, daha çox Avropa klubunu cəlb etməyin yeganə yolu turniri genişləndirmək olacaq. Yarışda iştirakla "Barselona", "Arsenal", "Liverpul", "Mançester Yunayted" və "Milan" kimi klublar maraqlanır.

2029-cu il turnirinin formatı və strukturu ilə bağlı bütün maraqlı tərəflərlə danışıqlar 2025-ci ildə keçiriləcək çempionatdan sonra baş tutacaq.

Xatırladaq ki, 2025-ci il klublararası dünya çempionatı 14 iyun – 13 iyul tarixlərində ABŞ-da baş tutacaq. Turnirdə dünyanın müxtəlif bölgələrindən 32 komanda iştirak edəcək və onlar 8 qrupa bölünəcək.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm