İdman
“Barselona” onu buraxmır: İstəyəni çoxdur
“Barselona” qış transfer pəncərəsində bir sıra təkliflərə baxmayaraq, vinger Runi Bardjinin komandadan ayrılmasına icazə vermir.
Publika.az xəbər verir ki, “Diario Sport”un məlumatına görə, 19 yaşlı futbolçu ilə bağlı “Porto” da maraq göstərib. Bardji hazırda sağ cinahda Lamin Yamalın əvəzedicisi hesab olunur.
İsveçli gənc oyunçu məhdud oyun vaxtı alsa da, özünü müsbət tərəfdən göstərə bilib. Xüsusilə İspaniya Superkubokunun yarımfinalında “Atletik Bilbao”ya qarşı oyunda sərgilədiyi performans diqqət çəkib.
Baş məşqçi Hansi Flik Runinin potensialına tam güvənir və onu gələcək planlarının vacib hissəsi kimi görür.
Mövsümün ikinci yarısına yaxınlaşan “Barselona” üçün onun komandada qalması bütün turnirlərdə mübarizə aparmaq baxımından xüsusi əhəmiyyət daşıyacaq.
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu











.jpg)
























