İdman
“Qarabağ”ın potensial rəqiblərinin sayı azaldı - YENİLƏNDİ
"Qarabağ"ın UEFA Çempionlar Liqasının 2-citəsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.
Publika.az xəbər verir ki, püşkatmadan əvvəl UEFA iştirakçıları qruplara bölüb. Səpələnmişlər səbətində yer alan Qurban Qurbanovun komandası 3-cü qrupda qərarlaşıb.
Təmsilçimizin mümkün rəqibləri 1-ci təsnifat mərhələsində üz-üzə gələcək "Virtus" (San Marino) - "Zrinski" (Bosniya və Herseqovina), "KuPS" (Finlandiya) - "Milsami" (Moldova), TNS (Uels) - "Şkendiya" (Şimali Makedoniya) və "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütlərinin qaliblərindən biri olacaq.
***
Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Publika.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil ediləcək mərasimdə Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi bəlli olacaq. Saat 14:00-da başlayacaq püşkatmada Ağdam təmsilçisi daha yüksək reytinqlilərin olduğu səpələnmişlər səbətində yer alacaq.
Qurban Qurbanovun komandasının potensial rəqibləri “Ryeka” (Xorvatiya), Pafos (Kipr), “Jalgiris” (Litva) – “Hamrun Spartans” (Malta), KuPS (Finlandiya) – “Milsami” (Moldova), TNS (Uels) – “Şkendiya” (Şimali Makedoniya), “Levadiya” (Estoniya) – RFŞ (Latviya), “Drita” (Kosovo) – “Differdanj” (Lüksemburq), “Vikinqur” (Farer adaları) – “Linkoln” (Cəbəllütariq), “Eqnatiya” (Albaniya) – “Breydablik” (İslandiya), “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya), “Virtus” (San Marino) – “Zrinski” (Bosniya və Herseqovina) cütlərindən birinin qalibi olacaq.
Qeyd edək ki, 2-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 22-23-də, cavab qarşılaşması 1 həftə sonra keçiriləcək.
Heybət
-
Elm və təhsil22:24Azərbaycan ədəbiyyatına ağır itki üz verdi - FOTO
-
Sosial22:00Bu rayonun bəzi kəndləri QAZSIZ QALACAQ
-
Magazin221:12Evini 108 milyona satdı - FOTO
-
MDB20:00Lukaşenko Trampın bu təklifinə “HƏ” DEDİ
-
Art19:12“Qırmızı qərənfilləri sevmirəm”
-
Dünya19:00Radarlardan itən helikopterin qalıqları tapıldı
-
Nida Xəbər 18:12Vaqif Allahverdiyevə HÖKM OXUNDU
-
Nida Xəbər 16:28“Belə nüfuzlu mükafatı almaq mənim üçün böyük şərəfdir”





































