İdman
Ulduz futbolçu növbəti dəfə qarət olundu: Nə baş verir? - VİDEO
“Tottenhem”in müdafiəçisi Destini Udoji yenidən cinayətin qurbanı olub.
Publika.az xəbər verir ki, 23 yaşlı futbolçu sosial şəbəkələrdə İngiltərə Premyer Liqasının “Vest Hem”ə qarşı oyunundan sonra avtomobilinin qarət edildiyini və zədələndiyini bildirib.
İtaliyalı futbolçu “Snapchat”-da video paylaşıb. Görüntüdə təxminən 150 min funt sterlinq dəyərində olan “Range Rover” markalı avtomobilin arxa şüşəsinin tamamilə sındırıldığı görünür. Avtomobilin salonunda şüşə qırıntıları, eləcə də qəribə əşyalar, o cümlədən taxta asılqan və su qablaşdırması var.
Britaniya mediasının məlumatına görə, futbolçu Londonda keçirilən derbidən sonra evinə qayıdarkən avtomobilinin bu vəziyyətdə olduğunu görüb. Həmin oyunda “Tottenhem” “Vest Hem”ə 1:2 hesabı ilə məğlub olub.
Qeyd edək ki, bu, Udojinin həyatında ilk narahatedici hadisə deyil. Bir neçə ay əvvəl futbolçu ona silahla hədə-qorxu gəlindiyini iddia etmişdi. Növbəti hücum Premyer Liqa futbolçularının meydandan kənar təhlükəsizliyi ilə bağlı narahatlığı daha da artırıb.
Heybət
Destiny Udogie on Snapchat: pic.twitter.com/CUOOVFlcRF
— The Spurs Watch (@TheSpursWatch) January 18, 2026
-
Köşə09:12Azərbaycanda məmurdan sensasion etiraf: Tapşırıqla...
-
Avropa08:48Şahzadə Harri qadın jurnalistə görün nə yazıb - İlk görüşdən sonra...
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək







































