Nida Xəbər
“Euronews” 20 Yanvar faciəsinin ildönümü ilə bağlı yazdı
“Euronews” 20 Yanvar faciəsinin ildönümü ilə bağlı material hazırlayıb.
Publika.az xəbər verir ki, materialda bildirilib ki, hər il yanvarın 20-də Azərbaycan xalqı keçmiş SSRİ-nin dinc əhaliyə qarşı törətdiyi qanlı qırğının qurbanlarının xatirəsini yad edir.
Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 18-də Şəhidlər xiyabanını ziyarət edərək 1990-cı ildə törədilmiş faciənin qurbanlarının xatirəsini yad edib. Azərbaycan Prezidenti “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Materialda bildirilib ki, hadisənin ildönümü Azərbaycanda Ümumxalq Hüzn Günü kimi hər il qeyd olunur.
Qara Yanvar hadisəsi ölkənin müstəqillik yolunda dönüş nöqtəsi kimi qəbul edilir. “Euronews”un materialında qeyd edilib ki, Prezident İlham Əliyevin ziyarəti ölkə miqyasındakı daha geniş anım proqramının bir hissəsidir. Belə ki, Azərbaycan xalqı 1990-cı il yanvarın 20-də baş verən qırğının qurbanlarının xatirəsini yad edir. Səhər tezdən minlərlə insan faciəvi hadisələrin qurbanlarının dəfn olunduğu Şəhidlər xiyabanına gedir.
Qeyd edilib ki, 1990-cı ilin yanvarında keçmiş Sovet İttifaqı hakimiyyəti əhaliyə xəbərdarlıq etmədən qoşunlar yerləşdirib. Uşaqların, qadınların və yaşlıların da daxil olduğu günahsız insanlara qarşı aparılan əməliyyat nəticəsində azı 140 mülki şəxs həlak olub, 700-dən çox insan yaralanıb.
-
ABŞ23:24Azərbaycanlı İrəvanın mərkəzindən salam göndərdi - Video
-
Magazin122:48"Xəyanətə görə ailəm dağıldı"
-
İdman20:36"Qarabağ" - "Nyukasl" oyununa görə belə qərar verildi
-
Nida Xəbər 20:00Azərbaycanda bu yüksək vəzifə ləğv edildi
-
Hadisə19:12Bu rayonda zəlzələ oldu
-
Hadisə19:00Sumqayıtda güclü yanğın baş verdi - VİDEO
-
Nida Xəbər 18:48Gənc oğlanı qaçırıb evlənməyə məcbur etdilər
-
İdman18:36Qurbanov sağlam qidanın "Qarabağ"ın nəticələrinə təsirindən danışdı






















.jpg)










.jpg)


