İdman
Bikalyo: Karyeramın ən önəmli oyunu olacaq
UEFA Çempionlar Liqasının 7-ci turunda keçiriləcək “Qarabağ” – “Ayntraxt” oyunundan əvvəl “Qarabağ”ın futbolçusu Pedro Bikalyo jurnalistlərin suallarını cavablandırıb.
Publika.az xəbər verir ki, braziliyalı futbolçu əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:
– Bu gün 20 yanvardır və ölkə üçün önəmli, kədərli gündür. 36 il əvvəl insanlar müstəqillik üçün küçələrə axışdılar, canlarını verdilər. Oyuna gəlincə, vacib görüşdür. Antalyada mini hazırlıq keçdik. Bizim üçün önəmli idi. İnanır və ümid edirəm ki, sabahkı oyunda toplanışda işlədiklərimizi həyata keçirə bilərik.
– Bu oyunun əhəmiyyəti böyükdür. Karyeranız üçün hansı dərəcədə bir matçdır?
– Əminliklə deyə bilərəm ki, turnirin böyüklüyünü və oyunun vacibliyini nəzərə alsaq, böyük matçdır. Karyeramın ən önəmli oyunudur.
– Yenidən oyunun ən yaxşısı olmaq fikriniz var?
– Belə məqsədim yoxdur. Əsas komandanın qələbəsidir. Oyundan sonra kimin seçilməsi başqa məsələdir.
– Adınız fərqli komandalarla hallanırdı. Qurban müəllim də belə təkliflərə görə narazılıq bildirdi. “Ayntraxt”la oyunöncəsi belə xəbərlər sizə necə təsir etdi?
– Qətiyyətlə deyə bilərəm ki, oyuna köklənməyimə təsir etmir. Bu oyun karyeramın ən önəmli matçıdır. Tamamilə buna fokuslanmışıq. Digər məsələlər rəhbərliyin işidir.
Heybət
-
Köşə09:12Azərbaycanda məmurdan sensasion etiraf: Tapşırıqla...
-
Avropa08:48Şahzadə Harri qadın jurnalistə görün nə yazıb - İlk görüşdən sonra...
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək







































