İdman
"Qəbələ"dən açıqlama: Futbol akademiyasının fəaliyyəti məhdudlaşdırıldı
"Qəbələ" Futbol Akademiyasının fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılıb.
Publika.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, buna maliyyə çətinlikləri səbəb olub:
"2005-ci ildən etibarən fəaliyyət göstərən "Qəbələ" Futbol Akademiyası ötən 20 il ərzində ölkə futboluna yüzlərlə istedadlı gənc futbolçu qazandırıb, onlarla oyunçunun müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandalarına yüksəlməsində mühüm rol oynayıb. Bu illər ərzində akademiya ölkəmizdə gənclər futbolunun inkişafına, bölgələrdə istedadların üzə çıxarılmasına və onların peşəkar futbol mühitinə inteqrasiyasına töhfə verib. Lakin təəssüf hissi ilə bildirmək istəyirik ki, hazırkı maliyyə çətinlikləri səbəbindən "Qəbələ" Futbol Akademiyasının fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılır. Ötən mövsümdən başlayan maliyyə problemlərini aradan qaldırmaq üçün apardığımız hərtərəfli fəaliyyət, ayrılan maddi yardımlar, bunlarla yanaşı, əməkdaşlarımızın uzun müddətdir göstərdiyi fədakarlıq tam güclə fəaliyyət göstərməyə, təəssüf ki, kifayət etmir".
Qərarın klub üçün asan olmadığı diqqətə çatdırılıb:
"Klub olaraq məqsədimiz gələcəkdə yenidən sabit maliyyə mühiti formalaşdıraraq akademiyanın fəaliyyətini daha güclü şəkildə bərpa etmək və gənc futbolçular üçün inkişaf imkanlarını genişləndirməkdir. Akademiyamızda illər ərzində zəhmət göstərmiş bütün məşqçilərə, işçilərə və xüsusilə də valideynlərin etimad göstərərək bizə əmanət etdikləri bütün gənc futbolçulara dərin təşəkkürümüzü bildiririk. "Qəbələ" Futbol Klubu olaraq, Azərbaycan futboluna xidmət missiyamız bundan sonra da davam edəcək".
Heybət
-
Banklar 20:30Kartlardan pul silinməsi ilə bağlı Mərkəzi Bankdan açıqlama
-
Elm və təhsil20:10Qəbul imtahanının nəticəsi elan olundu
-
Magazin219:40Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
-
Səhiyyə19:30İlkin İsmayılov vəzifəsindən azad edildi
-
Rəsmi xronika17:48İlham Əliyev Məhəmməd Baqir Qalibafı qəbul etdi
-
Rəsmi xronika14:47Prezident Numan Qurtulmuşu qəbul etdi - FOTO
-
Sosial13:20Sabah yağış yağacaq
-
Sosial12:58Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı






.webp)




.jpg)





.jpg)


















