Sosial
Toyuq ətini bu şəraitdə istehsal edirlərmiş - Foto
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Salyan şəhərində fiziki şəxs Babayev Natiq Səmədağa oğluna məxsus fərdi yaşayış sahəsində qanunsuz fəaliyyət göstərən quş kəsimi məntəqəsi aşkarlanıb.
Publika.az xəbər verir ki, yoxlama zamanı kəsimxananın birbaşa fərdi yaşayış sahəsində, qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub.
Həmçinin quş kəsimi və emalı proseslərinin sanitar-gigiyenik tələblərə uyğun təşkil edilmədiyi müəyyən olunub.
Belə ki, məntəqədə quşların qəbulu, saxlanılması, eləcə də emal zamanı keyləşdirilməsi, qansızlaşdırılması, təmizlənməsi, içalatının çıxarılması, ətin qablaşdırılması və soyudulması üçün tələb olunan istehsal sahələri yaradılmayıb. Eyni zamanda kəsimə gətirilən quşların mənşəyini təsdiq edən müşayiətedici sənədlərinin olmadığı, satışa çıxarılan toyuq əti məhsullarının baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi, havalandırma və temperatura nəzarət sistemlərinin quraşdırılmadığı, istehsal zamanı yaranan tullantıların düzgün idarə olunmadığı, işçilərin xüsusi geyimlə təmin edilmədiyi aşkarlanıb.
Aşkar olunmuş nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, məhsullardan nümunələr götürülərək laborator müayinələrə göndərilib.
Faktla bağlı müəssisənin fəaliyyətinin dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul olunub və nöqsanların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib.
-
İdman06:46Doğma şəhərində Messinin nəhəng forması nümayiş olundu - VİDEO
-
Magazin106:16Lalə Məmmədovadan yeni klip
-
Dünya05:45Cənubi Koreyalı haker 25 min müştəri məlumatını ifşa etdi
-
Yaxın Şərq04:14Husilərin hücumundan sonra "Brent" markalı neft kəskin bahalaşdı
-
Səhiyyə02:12Gənclərdə yaddaş itkisinin səbəbi müəyyən edildi
-
Dünya01:41Dünyaca məşhur yazıçı vəfat etdi
-
Qoroskop00:30Günün ULDUZ FALI - Planlaşdırılmamış xərclər aylıq büdcənizi poza bilər
-
Magazin14 Oktyabr 23:36Generalın qızının toydur - FOTOLAR













.jpg)




















.jpg)
