İdman
Məşhur klub elitada qala bilər: bu qədər pul tapsa
"Lion" Fransanın elit divizionu hesab edilən Liqa 1-də qalmaq şansını hələ saxlayır.
Publika.az xəbər verir ki, bunun üçün klubun 200 milyon avro tapması tələb olunur. Bu barədə “L’Équipe” məlumat yayıb.
Mənbənin yazdığına görə, klub 10 iyul tarixinə qədər dərhal 100 milyon avronu hesabına köçürməli və 2025/26 mövsümü ərzində əlavə 100 milyon avroluq maliyyə təminatı təqdim etməlidir. Məhz həmin gün “Lion”un liqadan aşağı diviziona göndərilməsi ilə bağlı maliyyə pozuntularına dair apellyasiya iclası baş tutacaq.
Xatırladaq ki, “Lion” daha əvvəl UEFA ilə maliyyə monitorinqi üzrə razılıq imzalamışdı. Klub apellyasiyanı udsa belə, maliyyə pozuntularına görə böyük məbləğdə cərimə ödəməli olacaq.
Qeyd edək ki, daha əvvəl “Lion”un Liqa 1-dəki yerini hansı komandanın tuta biləcəyi də açıqlanıb. Bu, “Sent-Etyen” ola bilər.
Heybət
-
Rəsmi xronika16:52İlham Əliyev sərəncam imzaladı
-
MDB15:58Kreml rəsmən təsdiqlədi: Putin razıdır
-
Hadisə15:43Azərbaycanda polkovnik vəfat etdi - FOTO
-
Region15:40Rusiya Ukraynada “ərazi mübadiləsi”nə razıdır - Putin geri çəkildi?
-
Rəsmi xronika14:07İlham Əliyev bu idmançılara ev verdi
-
Sağlamlıq12:55Çindən gələn "xərçəng çarxı" - Bu təkərlərdə təhlükəli maddələr aşkarlandı
-
İdman12:36Ulduzlar Milad bayramını belə keçirdilər: Neymar hansı sevgilisinin yanına gedib? - FOTOLAR
-
MDB11:02Rusiyalı general 56 yaşında öldü





































