Dünya mətbuatı Tramp və Zelenskinin bu il baş tutacaq son görüşü haqda: Həqiqət anı
Bizi izləyin

Dünya

Dünya mətbuatı Tramp və Zelenskinin bu il baş tutacaq son görüşü haqda: Həqiqət anı

Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp Ukrayna müharibəsinin həlli şərtlərini yekunlaşdırmaq üçün Vladimir Zelenskini iqamətgahına çağırıb. Görüş bu bazar günü, 28 dekabrda Floridadakı Mar-a-Laqo malikanəsində keçiriləcək.

Publika.az xəbər verir ki, gözlənilən görüşlə bağlı məşhur amerikalı jurnalist və "Axios"un köşə yazarı Barak Ravid və digər mətbuat orqanları müxtəlif fikirlər irəli sürüblər.

Ravid "X" sosial şəbəkəsində yazıb: "Prezident Tramp bazar günü Mar-a-Laqoda Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcək. Bu görüş Trampın sülh planı ilə bağlı danışıqlarda əhəmiyyətli irəliləyişin əlamətidir".

"New York Times" qəzetinin mənbələri qarşıdan gələn görüşü "həqiqət anı" adlandırırlar. İddialara görə, Tramp Zelenskinin yeni yol xəritəsinə açıq şəkildə razılıq verməsini tələb edərək ilin sonuna qədər müddət təyin edib.

"Fox News" isə öz növbəsində bunun Trampın müşavirlərinin Milada qədər hazırladığı demilitarizasiya zonasının sərhədlərinin dəqiqləşdirilməsi ilə bağlı olduğunu yazıb.

"The Guardian" qeyd edib ki, tələskənlik ABŞ liderinin Yeni il müraciətində "böyük bir razılaşma" elan etmək istəyindən irəli gəlir, ona görə də Zelenskinin imtinası istənilən maliyyə köçürmələrinin dərhal dondurulmasına səbəb ola bilər.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm