İdman
Bu turnirdə tribunalar boş qalmasın deyə görün nə etdilər
Afrika Millətlər Kubokunun təşkilatçıları Afrika Futbol Konfederasiyası ilə razılaşaraq, matçların başlanmasından təxminən 20 dəqiqə sonra tribunalar dolu olmadığı halda azarkeşlərin stadiona pulsuz buraxılmasına icazə alıblar.
Publika.az xəbər verir ki, bu barədə RFI məlumat yayıb.
Bu səbəbdən Kamerun və Qabon arasında keçirilən və 1:0 hesabı ilə başa çatan görüş demək olar ki, boş tribunalar qarşısında başlayıb. Lakin ilk hissə ərzində, yağışa baxmayaraq, stadionda tamaşaçı sayı xeyli artıb.
Daha sonra rəsmi iştirakçı sayı 45 mindən çox yer tutumuna malik arenada 35 200 azarkeş kimi açıqlanıb. Turnirin ilk günlərində bir çox matçlarda oxşar mənzərə müşahidə olunub.
Rabatda keçirilən Konqo Demokratik Respublikası ilə Benin arasındakı oyunda əvvəlcə iştirakçı sayı 6 703 olaraq elan edilsə də, sonradan bu rəqəm 13 073-ə yüksəldilib.
Tam dolu tribunalar yalnız ev sahibi Mərakeşin Mali və Zambiya ilə oyunlarında, həmçinin Əlcəzairin Burkina Faso və Ekvatorial Qvineya ilə keçirdiyi matçlarda qeydə alınıb.
Heybət
-
Nida Xəbər 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
-
İdman19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir
-
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi
-
Region18:48Müəllimin geyimi müzakirə mövzusu oldu
-
Nida Xəbər 17:36BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?






.jpg)



























