Dünya
Yaponiya bu sahədə Türkiyə ilə əməkdaşlığa hazırlaşır
Yaponiya 2026-cı ildə müdafiə sahəsində Türkiyə ilə əməkdaşlıq etməyi planlaşdırır.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yaponiya hökuməti 2026 maliyyə ili üçün müdafiə büdcəsi layihəsində əvvəlki ilə nisbətən 9,4 faiz artım elan edib.
Müvafiq olaraq, yeni il üçün müdafiə büdcəsi 58 milyard dollar olaraq müəyyən edilib. Bu büdcə çərçivəsində sahil müdafiəsinə ayrılan 640 milyon dolların 2028-ci ilə qədər "SHİELD" (qalxan) adlı sistem çərçivəsində müşahidə və müdafiə məqsədləri üçün genişmiqyaslı pilotsuz uçuş aparatları, yerüstü və sualtı nəqliyyat vasitələrinin yerləşdirilməsinə xərclənməsi planlaşdırılır.
Qeyd edilib ki, ilk mərhələdə bu sahədə idxala üstünlük veriləcək və bu kontekstdə Türkiyə ilə əməkdaşlıq qurula bilər.
Müdafiə büdcəsinin qüvvəyə minməsi üçün 2026-cı ilin mart ayına qədər parlamentin təsdiqi lazımdır.
Roza
-
Nida Xəbər 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
-
İdman19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir
-
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi
-
Region18:48Müəllimin geyimi müzakirə mövzusu oldu
-
Nida Xəbər 17:36BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?

































