İdman
Məcburi titul döyüşünə çıxmalı idi: Tibbi möhlət istədi
Yarımağır çəkidə (79,4 kq-a qədər) dünya çempionu, rusiyalı boksçu Dmitri Bivol titulunu qorumaq üçün tibbi möhlət verilməsi xahişi ilə IBF-yə müraciət edib.
Publika.az xəbər verir ki, bu barədə “BoxingScene” məlumat yayıb.
Bivol 2025-ci il iyulun 1-dək almaniyalı Maykl Eyfertə qarşı döyüşdə titulunu məcburi müdafiə etməli idi.
Xatırladaq ki, bir müddət əvvəl Bivol köhnə bel zədəsi ilə bağlı problemlərin pisləşməsi fonunda əməliyyatdan sonra sağalmağa başladığını açıqlamışdı.
Xatırladaq ki, fevralın 23-də Ər-Riyadda (Səudiyyə Ərəbistanı) baş tutan sonuncu döyüşündə Dmitri həmyerlisi Artur Beterbiyevlə rinqi bölüşmüşdü. Boksçular üçün bu, cavab görüşü idi. Döyüş bütün 12 raund davam edib və hakimlərin qərarı ilə Dmitri qalib gəlib (114-114, 116-112, 115-113).
Beləliklə, Bivol yüngül çəkidə boks üzrə mütləq dünya çempionu olub.
-
Sosial09:13WUF13: Mətbuat konfransı keçirilir - CANLI
-
Dünya08:36Çində güclü zəlzələ - 7 mindən çox insan təxliyə edildi, itkin düşənlər var
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin106:16Aynişanın “Avroviziya” tərzi - FOTO
-
ABŞ05:15Tramp kosmik döyüşçü obrazında - FOTO
-
Magazin204:44Ətir şousuna açıq-saçıq libası ilə damğa vurdu - FOTO
-
İdman01:11Çempionluğu qeyd etməyə “Çırpınırdı Qara dəniz”lə çıxdı - VİDEO
-
Magazin100:15"Onun gələcəkdə hansı fəsadlar yaradacağı bəlli deyil"
















.jpg)
















.jpg)


