İdman
Messinin "İnter Mayami"dəki aqibəti necə olacaq? - Son durum açıqlandı

Argentina millisinin hücumçusu Lionel Messi yaxın vaxtlarda “İnter Mayami” ilə yeni müqavilə imzalayacaq.
Publika.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Tərəflər arasında hazırkı sözləşmənin müddəti bu il başa çatır və onlar əməkdaşlığı davam etdirmək barədə qərara gəliblər. Danışıqlar artıq yekun mərhələyə çatıb. Son detallar razılaşdırıldıqdan sonra klub və 38 yaşlı argentinalı yeni uzunmüddətli müqavilə imzalayacaqlar.
Gözlənilir ki, yaxın zamanda anlaşma rəsmiləşəcək. Bundan sonra sənəd MLS rəhbərliyinə təsdiq üçün göndəriləcək.
Lionel Messi 2023-cü il iyulunda “İnter Mayami”yə azad agent statusu ilə transfer olunub. O vaxt ABŞ klub ilə 2,5 illik müqavilə imzalayıb. Bu müddətdə argentinalı ulduz 75 oyunda 62 qol vurub, 30 qol ötürməsi ilə yadda qalıb.
Heybət

-
Sosial22:24
Nikah mərasimlərinə Prezident qatıldı - VİDEO
-
Hadisə20:12
İnək şirniyyat mağazasına HÜCUM ÇƏKDİ: yaralı var - VİDEO
-
Hadisə20:00
Naxçıvan-Bakı sərnişin avtobusu dərəyə aşdı: çox sayda yaralı var - YENİLƏNDİ
-
Kriminal19:12
Goranboyda daha bir AİLƏ FACİƏSİ
-
Avropa18:36
Daha bir soydaşımız Ukrayna uğrunda ŞƏHİD OLDU - FOTO
-
Səhiyyə17:00
Süni mayalanmanın bahalı sınağı: Hər klinika istədiyi qiyməti tətbiq edir
-
Sosial13:36
“Kartdan-karta” ödənişin yaratdığı təhlükə: Uduzan kim olur?
-
MDB10:06
Ukraynadan qaçan Kuleba qayıtdı: Aqibəti necə olacaq?