Azərbaycan millisi gerilədi
Bizi izləyin

İdman

Azərbaycan millisi gerilədi

FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

Publika.az xəbər verir ki, 1148.09 xala malik olan Azərbaycan yığması ötən ay ilə müqayisədə 2 pillə geriləyib. Hazırda baş məşqçisiz olan komanda 124-cü sırada qərarlaşıb.

Azərbaycan millisi sentyabrda 2 oyun keçirib. DÇ-2026-nın seçmə mərhələsində səfərdə İslandiyaya məğlub olan (0:5) yığma Bakıda Ukrayna ilə heç-heçə edib.

Komandamızın rəqibləri olan Fransa 2-ci, Ukrayna 28-ci və İslandiya 74-cü pillədə qərarlaşıb.

Siyahıya isə İspaniya başçılıq edir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm