"Mançester Yunayted"dən rekord gəlir: Amma...
Bizi izləyin

İdman

"Mançester Yunayted"dən rekord gəlir: Amma...

"Mançester Yunayted" rekord gəlir əldə etdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, 2024/25 mövsümündə İngiltərə klubu Çempionlar Liqasında iştirak etməməsinə baxmayaraq, 666,5 milyon funt gəlir götürüb. Bu, 2023/24 mövsümünün yekunları ilə müqayisədə 4,7 milyon funt çoxdur.

Buna və təxminən 300 əməkdaşın işdən azad edilməsinə baxmayaraq, "qırmızı şeytanlar"ın xalis zərəri 33 milyon funt təşkil edib. Halbuki bir mövsümdən əvvəl bu rəqəm 113 milyon funt idi.

2024/25 mövsümündə MY Premyer Liqanı 15-ci pillədə başa vurub ki, bu da klubun İngiltərə Premyer Liqası tarixindəki ən zəif nəticəsi olub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm