Yamal bu mükafatı ardıcıl ikinci dəfə qazandı
Bizi izləyin

İdman

Yamal bu mükafatı ardıcıl ikinci dəfə qazandı

“Barselona”nın vingeri Lamin Yamal “Qızıl top” mükafatının təqdimat mərasimində “Kopa Trophy”yə layiq görülüb.

Publika.az xəbər verir ki, O, 2024/25 mövsümünün ən yaxşı gənc futbolçusu seçilib. 18 yaşlı ispaniyalı bu mükafatı ikinci il ardıcıl qazanıb.

Mükafata həmçinin “Yuventus”dan Kenan Yıldız, PSJ-dən Joao Neveş və Dezire Due, “Barselona”dan Pau Kubarsi, “Porto”dan Rodriqo Mora, “Lill”dən Ayub Buaddi, “Çelsi”dən (daha əvvəl “Palmeyras”) Estevao, “Real”dan (daha əvvəl “Bornmut”) Din Heysn və “Arsenal”dan Maylz Luis-Skelli də namizəd olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm