İdman
İlin ən yaxşıları...

PSJ “Qızıl top” mükafatlandırma mərasimində 2025-ci ilin ən yaxşı klubu seçilib.
Publika.az xəbər verir ki, Luis Enrikenin rəhbərliyi altında parislilər ötən mövsüm Fransa çempionu olub, ölkə kuboku və superkubokunu qazanıblar. Bundan əlavə, paytaxt təmsilçisi Çempionlar Liqasının finalında Milanın “İnter”ini 5:0 hesabı ilə darmadağın edərək qələbə qazanıb. Komanda həmçinin klublararası dünya çempionatının finalına yüksəlib, lakin həlledici qarşılaşmada Londonun “Çelsi” klubuna 0:3 hesabı ilə uduzub.
Ötən il isə ən yaxşı klub adına İspaniya çempionu, ölkə superkubokunun sahibi və Çempionlar Liqasının qalibi olan “Real” layiq görülmüşdü.
***
PSJ-in baş məşqçisi Luis Enrike “Qızıl top” mərasimində 2025-ci ilin ən yaxşı məşqçisi seçilib. O, ötən mövsümdə komandasını Fransa çempionluğuna, ölkə kuboku və superkubokuna, həmçinin Çempionlar Liqasının qələbəsinə daşıyıb. Bundan başqa, kollektiv klublararası dünya çempionatının finalına qədər irəliləyib.
İlin ən yaxşı qadın məşqçisi adına isə İngiltərə yığmasına rəhbərlik edən Sarina Viman layiq görülüb. O, komandasını Avropa çempionatında qələbəyə aparıb. Finalda ingilislər İspaniya millisini 1:1 (3:1 penaltilərlə) hesabı ilə məğlub ediblər.
***
“Arsenal”ın futbolçusu Viktor Qyökereş Gerd Müller adına mükafata layiq görülüb. İsveçli hücumçu 2025-ci ilin ən yaxşı forvardı seçilib.
O, ötən mövsümdə “Sportinq”in heyətində Portuqaliya çempionu olub və ölkə kubokunu qazanıb.
Qadınlar arasında qalib “Barselona”nın hücumçusu Eva Payor olub. Polşa millisinin üzvü ötən mövsüm İspaniya çempionu olub, ölkə kuboku və superkubokunu qazanıb. Bundan əlavə, kataloniyalılarla Çempionlar Liqasının finalına yüksəlib.



-
Qoroskop02:00
Günün ulduz falı: Maddi məsələlər gündəminizdə olacaq
-
Hadisə01:10
Azərbaycanda zəlzələ oldu
-
İdman01:05
“Qızıl top”un qalibi müəyyənləşdi
-
Avropa22 Sentyabr 23:45
Fransa Fələstini dövlət kimi tanıdı
-
İdman22 Sentyabr 22:56
“Uilyams” Bakıda tarix yazdı: “Mercedes”in rəhbəri görün nə hədiyyə etdi
-
Ekologiya22 Sentyabr 22:28
Azərbaycana payız gəldi
-
Rəsmi xronika22 Sentyabr 22:14
İlham Əliyev Nyu-Yorkda işgüzar səfərdədir - Foto/Video
-
MDB22 Sentyabr 21:51
PUA hücumu: Moskva səması qapadıldı? - YENİLƏNDİ