İdman
Dembele 30 illik seriyanı qırdı, Yamal tarixə düşdü

Parisdə keçirilən "Qızıl top" mərasimi bir sıra maraqlı məqamlarla əlamətdar olub.
Publika.az xəbər verir ki, PSJ və Fransa millisinin futbolçusu Usman Dembele mükafatın sahib olmaqla 30 illik seriyaya son qoyub.
28 yaşlı vinger üçün bu, ilin ən yaxşı futbolçusu adına ilk namizədlik olub və o, dərhal mükafata sahib çıxaraq tarixi nəticə göstərib. "Stats Foot"un məlumatına görə, son 30 ildə "Qızıl top" ilk dəfə mükafata namizəd olan oyunçuya qismət olub.
Sonuncu belə hal 1995-ci ildə baş verib. Həmin vaxt Liberiya millisinin sabiq hücumçusu Corc Vea qalib gəlib.
Səsvermədə ikinci yeri "Barselona" və İspaniya millisinin 18 yaşlı yarımmüdafiəçisi Lamin Yamal tutub. O, 18 yaş və 71 günündə "Qızıl top" səsverməsinin "ilk üçlüy"ündə yer alan ən gənc futbolçu kimi tarixə düşüb.
Heybət

-
Dünya12:30
Polis Makronun maşınını saxladı: Trampa zəng edib görün nə dedi - VİDEO
-
Magazin211:53
Kardaşyan bütün sirrini açdı: Ombasını formada saxlamaq üçün hər gün bir saat... - FOTOLAR
-
İqtisadi gündəm11:26
Ata olanlara ŞAD XƏBƏR: Ödəniş ola bilər
-
İdman10:48
Devid Bekhemin Viktoriyası gənclikdə belə görünürmüş - Heyrətamiz FOTO
-
Nida Xəbər 10:45
Əli Əsədov qərar imzaladı
-
ABŞ10:36
Kirkin qətlinin əsas motivi: Onlar ABŞ-da fəallaşırlar, son nöqtə qoyuldu
-
MDB09:52
Ukrayna Rusiyanın bu vilayətini qorxu altında saxlayır: Vəziyyət gərgindir
-
Magazin109:20
Nadir Qafarzadə: “Cəmiyyət pozğunluğu təbliğ edənləri alqışlayır”