Sosial
"Azercell" ilə şəhərdaxili mikromobillikdə yeni mərhələ

Azərbaycanda mobil rabitə sahəsində innovativ həllər təqdim edən "Azercell", mikromobillik üzrə ixtisaslaşmış “Wingz” MMC ilə əməkdaşlıqda şəhərdaxili hərəkətliliyə müasir və ekoloji yanaşma gətirir.
Publika.az xəbər verir ki, bu tərəfdaşlıq nəticəsində abunəçilər skuter istifadəsinə görə ödənişi əlavə vasitələrə ehtiyac olmadan birbaşa mobil balansları ilə həyata keçirə biləcəklər.
Xidmətin istifadəsi olduqca rahatdır: abunəçi skuterin üzərində qeyd olunan yeddi rəqəmli identifikasiya nömrəsini (ID) “START ID” (START XXXXXXX) formatında 4545 qısa nömrəsinə SMS vasitəsilə göndərərək cihazı aktivləşdirir və müvafiq ödəniş balansdan çıxılır. Gediş vaxtından əvvəl dayandırıldıqda istifadə olunmamış dəqiqələr üçün vəsait balansa geri qaytarılır. İstifadəni sonlandırmaq üçün isə skuterin üzərində qeyd olunan yeddi rəqəmli identifikasiya nömrəsini (ID) “STOP ID” (STOP XXXXXXX) formatında 4545-ə göndərmək kifayətdir. Əgər gediş vaxtında dayandırılmasa, hər növbəti 15 dəqiqə üçün ödəniş avtomatik hesablanır.
Xidmət istifadəyə verildiyi tarixdən etibarən iki həftə ərzində həyata keçirilən ilk aktivasiyada gedişin ilk 15 dəqiqəsi "Azercell" tərəfindən abunəçilərə hədiyyə olunacaq.
Bu əməkdaşlıq şəhərdaxili hərəkəti asanlaşdırmaqla yanaşı, həm də “ağıllı şəhər” konsepsiyasının inkişafına və dayanıqlı həyat tərzinin təşviqinə töhfə verir.
"Azercell" müasir texnologiyaları gündəlik həyata gətirərək abunəçilərinə rahat, çevik və innovativ həllər təqdim etməyə davam edir.

-
Dünya12:30
Polis Makronun maşınını saxladı: Trampa zəng edib görün nə dedi - VİDEO
-
Magazin211:53
Kardaşyan bütün sirrini açdı: Ombasını formada saxlamaq üçün hər gün bir saat... - FOTOLAR
-
İqtisadi gündəm11:26
Ata olanlara ŞAD XƏBƏR: Ödəniş ola bilər
-
İdman10:48
Devid Bekhemin Viktoriyası gənclikdə belə görünürmüş - Heyrətamiz FOTO
-
Nida Xəbər 10:45
Əli Əsədov qərar imzaladı
-
ABŞ10:36
Kirkin qətlinin əsas motivi: Onlar ABŞ-da fəallaşırlar, son nöqtə qoyuldu
-
MDB09:52
Ukrayna Rusiyanın bu vilayətini qorxu altında saxlayır: Vəziyyət gərgindir
-
Magazin109:20
Nadir Qafarzadə: “Cəmiyyət pozğunluğu təbliğ edənləri alqışlayır”