Kim Çen Indan Çin mesajı: Əsas məqsədimiz odur ki...
Bizi izləyin

Dünya

Kim Çen Indan Çin mesajı: Əsas məqsədimiz odur ki...

Şimali Koreya lideri Kim Çen In ölkəsinin Çinlə münasibətləri gücləndirmək əzmində olduğunu təsdiqləyib.

Publika.az xəbər verir ki, bu barədə Şimali Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

O, Çin sədri Si Cinpinin Şimali Koreyanın yaranmasının ildönümü ilə bağlı təbrik mesajını cavablayıb:

“Koreya Fəhlə Partiyası və Koreya Xalq Demokratik Respublikası hökumətinin dönməz mövqeyi Çinlə ənənəvi dostluq və əməkdaşlıq münasibətlərini dövrün tələblərinə uyğun olaraq daha da möhkəmləndirmək və inkişaf etdirməkdən ibarətdir”.

O, Şimali Koreya ilə Çin arasında dostluq münasibətlərinin inkişaf edəcəyinə inandığını qeyd edib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm