Dünya
Son 6 ildə ilk dəfə: Tokayev Zelenski ilə görüşdü

Qazaxıstan və Ukrayna prezidentləri Qasım-Jomart Tokayev və Vladimir Zelenski BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində görüşüb və bir sıra mövzuları, o cümlədən Rusiyanın işğalçı hücumunu və Ukrayna münaqişəsinin həlli yollarını müzakirə ediblər.
Publika.az xəbər verir ki, Qazaxıstan liderinin mətbuat xidmətinin məlumatına görə, Zelenski ölkəsindəki vəziyyətlə bağlı fikirlərini açıqlayıb, Tokayev isə hazırkı vəziyyətdən danışaraq vurğulayıb ki, “bu son dərəcə çətin vəziyyətdə münaqişəyə son qoymaq yollarını tapmaq üçün diplomatik iş davam etməlidir”.
Ukrayna lideri şəxsi Telegram kanalında qazaxıstanlı həmkarı ilə görüşdüyünü təsdiqləyib və Ukrayna, ABŞ və Avropanın münaqişənin həlli istiqamətində səylərini ətraflı müzakirə etdiyini bildirib. Görüş zamanı həmçinin ticarət-iqtisadi əməkdaşlıq və Qazaxıstan şirkətlərinin Ukraynanın yenidən qurulmasında maraqlı olması müzakirə edilib.
“İndi əsas vəzifə etibarlı təhlükəsizlik zəmanəti ilə ədalətli və davamlı sülhə nail olmaqdır. Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyinə görə Qazaxıstana təşəkkür edirəm”, - Zelenski deyib.
Qeyd edək ki, Qazaxıstan və Ukrayna prezidentləri sonuncu dəfə 2019-cu ildə görüşüblər.
Tural

-
Dünya12:30
Polis Makronun maşınını saxladı: Trampa zəng edib görün nə dedi - VİDEO
-
Magazin211:53
Kardaşyan bütün sirrini açdı: Ombasını formada saxlamaq üçün hər gün bir saat... - FOTOLAR
-
İqtisadi gündəm11:26
Ata olanlara ŞAD XƏBƏR: Ödəniş ola bilər
-
İdman10:48
Devid Bekhemin Viktoriyası gənclikdə belə görünürmüş - Heyrətamiz FOTO
-
Nida Xəbər 10:45
Əli Əsədov qərar imzaladı
-
ABŞ10:36
Kirkin qətlinin əsas motivi: Onlar ABŞ-da fəallaşırlar, son nöqtə qoyuldu
-
MDB09:52
Ukrayna Rusiyanın bu vilayətini qorxu altında saxlayır: Vəziyyət gərgindir
-
Magazin109:20
Nadir Qafarzadə: “Cəmiyyət pozğunluğu təbliğ edənləri alqışlayır”