Beşqat olimpiya çempionu xəstəxanaya yerləşdirildi
Bizi izləyin

İdman

Beşqat olimpiya çempionu xəstəxanaya yerləşdirildi

Beşqat olimpiya çempionu, xizəkçi Yohannes Klebo ABŞ-da məşq zamanı arının sancmasından sonra xəstəxanaya yerləşdirilib.

Publika.az xəbər verir ki, bu barədə TV2 telekanalı xəbər yayıb.

Avqustun sonundan etibarən Klebo həmvətəni Emil İversenlə birlikdə yeni mövsümə okeanın o tayında hazırlaşır. Onu əlinə sancan həşərat güclü ağrıya və qoltuqaltı limfa düyünlərinə qədər yayılan şişə səbəb olub.

“Mənim nəbzim üç-dörd gün ərzində, heç bir yüklənmə olmadan, istirahət zamanı da anormal dərəcədə yüksək idi. Biz xüsusilə yüksəkliyə qalxanda bu göstəriciyə nəzarət edirik. Həmin müddətdə yataqda uzanır, bir az PlayStation oynayır və dincəlməyə çalışırdım. Amma bu, kifayət qədər darıxdırıcı idi, günəşə çıxıb məşq etmək istərdim”, — deyə Klebo bildirib.

Norveçli idmançı Yohannes Klebo 15 qat dünya çempionudur və dörd dəfə Ümumdünya Kubokunun ümumi reytinqində qalib gəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm