İdman
Keyn İngiltərəyə qayıdır?

“Bavariya”nın hücumçusu Harri Keyn Münhen klubunu tərk edərək İngiltərəyə qayıda biləcəyi ilə bağlı məlumatlara münasibət bildirib.
Publika.az xəbər verir ki, 32 yaşlı futbolçj 2026-cı il dünya çempionatından sonra vətəninə dönəcəyi ilə bağlı dərc edilən informasiyalara belə reaksiya verib:
“Bu barədə düşünürəmmi? Xeyr, hazırda yox. Burada həqiqətən xoşbəxtəm. Müqaviləmin başa çatmasına iki il qalıb. Hər andan zövq alıram. İngiltərəyə qayıtmağı düşünmürəm. Komanda ilə, məşqçi ilə işləməkdən xoşuma gəlir və ümid edirəm ki, uğurlar qazanmağa davam edəcəyik.
‘Bavariya’ şübhəsiz kuboklar qazanmaq üçün ən yaxşı yerdir”.
Keyn 2023-cü ilin yayında “Tottenhem”dən Almaniya klubuna keçib. Hücumçu 2004-cü ildən London komandasının sistemində çıxış edib. “Transfermarkt” portalının məlumatına görə, futbolçunun bazar dəyəri 75 milyon avrodur.

-
Maraq dünyası17:05
Ginnesin Rekordlar Muzeyindən REPORTAJ: Nələr var? - FOTOLAR
-
Cinayət dünyası15:44
Bütün Gürcüstanın danışdığı toy: Məşhur “qanuni oğru”nun oğlu evləndi, özü isə... - FOTOLAR
-
Nəqliyyat13:35
Bu avtomobillərdən almaq istəyənlər, TƏLƏSİN: Xeyli bahalaşacaq
-
Sosial12:35
Bakını bürüyən “toy tüstüsü” – Cərimələr artırılacaq?
-
Nəqliyyat11:35
Bakıda “tıxac vergisi” ödəyəcəyik: Məbləğ nə qədər olacaq?
-
Hadisə10:37
Aşağı Güzdəkdəki yanğın məhdudlaşdırıldı - YENİLƏNDİ
-
Nida Təhlil 09:30
Zəfər yolunu başladanlar
-
ABŞ08:49
ABŞ İran milli komandasına viza vermədi