İdman
Türkiyə futbolunda qalmaqal - VİDEO

Türkiyə futbolunda növbəti qalmaqal yaşanıb.
Publika.az xəbər verir ki, Trendyol 1. Liqasının 7-ci turunun “Sakaryaspor” – “Pendikspor” matçında inanılmaz hadisə baş verib.
Matçın 76-cı dəqiqəsində hesab 1-4 olarkən “Sakaryaspor”un kapitanı Caner Erkin gözlənilmədən komanda yoldaşı Burak Altıparmakı vurub.
Baş hakim Burak Dəmirkıran dərhal Erkinə birbaşa qırmızı vərəqə göstərib.
Qarşılaşmadan sonra “Sakaryaspor” rəhbərliyi təcili iclas keçirərək həm Caner Erkin, həm də Burak Altıparmakın komandadan uzaqlaşdırılmasına qərar verib.
Müdafiəçi hərəkətlərinin peşəkar karyerasına uyğun gəlmədiyini etiraf edərək artıq azarkeşlərdən və klubdan açıq şəkildə üzr istəyib.
“Mənə yönələn emosional zorakılığın təsiri altında səhv etdim. Amma “Sakaryaspor”un uğurunu təmin etmək üçün son damla tərimə qədər mübarizə aparacağam”, – Erkin deyib.
Üzrxahlığa baxmayaraq, komanda yoldaşına şillə vurması ilə bağlı insident futbolçunun reputasiyasına əsl zərbə olub və azarkeşlər arasında qızğın müzakirələrə səbəb olub.

-
Cinayət dünyası15:44
Bütün Gürcüstanın danışdığı toy: Məşhur “qanuni oğru”nun oğlu evləndi, özü isə... - FOTOLAR
-
Nəqliyyat13:35
Bu avtomobillərdən almaq istəyənlər, TƏLƏSİN: Xeyli bahalaşacaq
-
Sosial12:35
Bakını bürüyən “toy tüstüsü” – Cərimələr artırılacaq?
-
Nəqliyyat11:35
Bakıda “tıxac vergisi” ödəyəcəyik: Məbləğ nə qədər olacaq?
-
Hadisə10:37
Aşağı Güzdəkdəki yanğın məhdudlaşdırıldı - YENİLƏNDİ
-
Nida Təhlil 09:30
Zəfər yolunu başladanlar
-
ABŞ08:49
ABŞ İran milli komandasına viza vermədi
-
Sağlamlıq08:37
Trampın parasetamolla bağlı iddialarına alimlərdən cavab