Ekopublika.az
Bu ərazilərdə evlər ucuzlaşır - VİDEO
Yeni Günəşlidə evlər bahalaşır, Xırdalan və Masazırda isə ucuzlaşır.
Publika.az Xəzər TV-yə istinadən bildirir ki, elan saytlarında paytaxtın Suraxanı rayonu ərazisində, xüsusən də Yeni Günəşli qəsəbəsində daşınmaz əmlakın qiymətində nəzərəçarpacaq qədər qiymət artımı müşahidə olunur. Hətta sözügedən ərazidə metrostansiyasının açılması ilə bağlı məlumatlar dərc olunduqdan sonra mənzillərin qiymətində 5-10 min manat aralığında artım müşahidə olunur. Hazırda Yeni Günəşli qəsəbəsində daşınmaz əmlakın qiyməti 50 -800 min manat arası dəyişir.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, hazırda Yeni Günəşli qəsəbəsində xüsusən ipoteka predmetinə çevrilən daşınmaz əmlakın qiymətində 10 faiz artım müşahidə olunur və ilin sonunadək 18 faiz artacağı proqnozlaşdırılır.
Xırdalan və Masazır ərazilərində isə qiymətin əksinə düşməsi müşahidə olunur. Hazırda Masazır qəsəbəsində daşınmaz əmlakın qiyməti 26-270 min manat, Xırdalan ərazisində isə 23-250 min manat arası dəyişir.
Elnur Fərzəliyevin sözlərinə görə, buna səbəb mənzil və fərdi yaşayış evlərinin kütləvi satışa çıxarılmasıdır.
Elnur Fərzəliyev əlavə edib ki, insanların sıx məskunlaşdığı və tıxac olan ərazilərdə daşınmaz əmlak qiymətlərinin enməsi bundan sonra da gözləniləndir.
Daha ətraflı videomaterialda:
-
Qoroskop01:20Günün ulduz falı: Qarşınıza yeni fürsətlər çıxacaq
-
Hadisə00:27Kiyevə dron hücumunda Azərbaycan vətəndaşı həlak oldu: yaralılar var - Yeniləndi
-
Magazin227 Sentyabr 20:32Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Region27 Sentyabr 20:18Müharibə Qiyamət gününədək davam etsə belə... - Əraqçidən sərt mesaj
-
İdman27 Sentyabr 19:03Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə etdi - Yeniləndi
-
Ekopublika.az27 Sentyabr 18:36Azərbaycana milyardlarla dollar gələcək - Ekspert detalları açıqladı
-
MDB27 Sentyabr 17:39Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
-
Yaxın Şərq27 Sentyabr 17:17ABŞ-ın pilotsuz sualtı aparatı ələ keçirildi















.jpg)



.jpg)








.jpg)






.jpg)

