Uşaqlara 12 yaşa qədər bunu etməyə icazə verməyin
Bizi izləyin

Dünya

Uşaqlara 12 yaşa qədər bunu etməyə icazə verməyin

Araşdırmalara görə, uşaqların sosial mediaya aludə olmalarının qarşısını almaq üçün ailələr 12 yaşına qədər onların internet istifadəsini məhdudlaşdırmalıdır.

Publika.az xəbər verir ki, bu barədə Niderlandın “Utrext” Universiteti tərəfindən aparılan tədqiqatda qeyd olunub.

Tədqiqat nəticələrinə əsasən, 12 yaşından əvvəl tətbiq edilən məhdudiyyətlər yeniyetməlik dövründə asılılıq riskini azalda bilər. Psixoloqlar müəyyən ediblər ki, gənclərin 15-16 yaşlarında sosial mediaya girişinin kəskin şəkildə məhdudlaşdırılması əks təsir göstərir və asılılığı daha da artırır. Çünki bu halda gənclər məhdudiyyətlərə reaksiya olaraq internetdə daha çox vaxt keçirirlər.

Məlumatda bildirilir ki, 2025-ci ildən etibarən dünyada təxminən 210 milyon insan sosial media aludəçisi kimi qeydə alınacaq və onların əhəmiyyətli bir hissəsini gənclər təşkil edəcək. Xüsusilə 13-18 yaş arası yeniyetmələr sosial mediada gündə orta hesabla üç saat vaxt sərf edirlər. Universitet tələbələrinin isə 60 faizdən çoxu sosial mediadan asılı olduqlarını etiraf edirlər.

Mütəxəssislərin sözlərinə görə, yeniyetmələr inkişaf dövründə həssaslıqlarının artması səbəbindən ən yüksək risk qrupuna daxildirlər. Tənhalıq, özünəinamın aşağı olması və stress bu asılılığı gücləndirən amillərdəndir. Araşdırmada həmçinin qeyd olunub ki, bəzi gənclər süni intellektlə dostluq edərək, onun təsiri altında hətta intihar həddinə çatırlar.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm