FİFA-nın yeni planı: Penalti qaydası dəyişdirilir?
Bizi izləyin

İdman

FİFA-nın yeni planı: Penalti qaydası dəyişdirilir?

FİFA penaltilərin icrası ilə bağlı qaydalara dəyişiklik etməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Təklif olunan yeniliyə əsasən, əgər qapıçı penaltini dəf edərsə, topun necə istiqamət alacağından asılı olmayaraq qapıdan zərbə təyin olunacaq. Hazırda topun dirəyə və ya tirə dəyməsi kimi halların necə izah ediləcəyi barədə məlumat verilmir. Düzəlişlər növbəti mövsümdən qüvvəyə minə bilər.

Qeyd olunur ki, bu qaydanın qüvvəyə minməsi üçün Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) təsdiqi lazımdır. Futbol qaydalarını dəyişmək səlahiyyəti yalnız bu quruma məxsusdur. Əgər illik iclasda qaydalara düzəlişlərlə bağlı səsvermə müsbət nəticələnərsə, yenilik əvvəlcə praktiki sınaq mərhələsindən keçəcək, yalnız bundan sonra yeni qaydalar qəbul edilə bilər.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm