İqtisadi gündəm
Qızılın qiyməti bütün tarixi rekordları qırdı: Görün neçəyə oldu
Qızılın qiyməti bir unsiya üçün 3 800 dolları ötüb. Bu artım ABŞ hökumətinin işini dayandırması ehtimalı ilə bağlı narahatlıqlar və Federal Ehtiyat Sisteminin pul siyasətindəki qeyri-müəyyənlik fonunda baş verib.
Publika.az xəbər verir ki, “Bloomberg”in məlumatına görə, çərşənbə axşamı külçənin qiyməti qısa müddətə 1 unsiya üçün 3 839,52 dollara yüksələrək bütün ticarət tarixində ən yüksək səviyyəyə çatıb.
Qeyd olunur ki, qızıl bu il ərzində 45%-dən çox bahalaşıb. Bu artım mərkəzi bankların və investorların güclü tələbinin göstəricisi hesab edilir.
Məlumata görə, bazar ertəsi ABŞ Xəzinədarlığı istiqrazları da hökumətin qismən bağlanması ehtimalı ilə əlaqədar yüksəlib. Hazırda qızılın spot qiyməti bir unsiya üçün 3 837,28 dollar səviyyəsindədir.
Bununla yanaşı, 2025-ci ilin əvvəlindən bəri gümüşün qiyməti 62%, platinin qiyməti isə 76% artıb.
Mütəxəssislər bildirirlər ki, investorlar indi aktiv şəkildə qızılla dəstəklənən birja fondlarına böyük həcmdə vəsait yatırırlar ki, bu da bazardakı həyəcanı daha da artırır.
Adəm
-
MDB09:55Ukrayna ordusu gecə Belqoroda kabus yaşatdı: 14 yaralı, 1 ölü
-
MDB09:37Ukrayna müharibə başlayandan lokomotiv parkının 17%-ni itirib
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı








.jpg)





























