Əli Əsədov Lukaşenko ilə görüşdü - FOTO
Bizi izləyin

Nida Xəbər

Əli Əsədov Lukaşenko ilə görüşdü - FOTO

Sentyabrın 30-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov MDB Hökumət Başçıları Şurası üzvlərinin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşündə iştirak edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Belarus Prezidenti MDB Hökumət Başçıları Şurası üzvlərini salamlayıb.

Görüşdə çıxış edən Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Aleksandr Lukaşenkoya çatdırıb.

Baş nazir, həmçinin Azərbaycan-Belarus iqtisadi əməkdaşlığının ikitərəfli gündəliyinə daxil olan məsələlərə toxunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm