Yaponiyada "qəzəb fırtınası" - Lavrovun bu təklifi ölkəni SİLKƏLƏDİ
Bizi izləyin

Dünya

Yaponiyada "qəzəb fırtınası" - Lavrovun bu təklifi ölkəni SİLKƏLƏDİ

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Braziliya və Hindistanı BMT Təhlükəsizlik Şurasına daxil etmək təklifi Yaponiyada "qəzəb fırtınası"na səbəb olub.

Publika.az xəbər verir ki, bu barədə Çin portalı "Baijiahao" məlumat yayıb.

Bildirilir ki, Lavrovun BMT Baş Assambleyasına “çox şirnikləndirici təklifi” “son dərəcə konstruktiv səslənib”. Nəşr rusiyalı nazirin Asiya, Afrika və Latın Amerikası ölkələri üçün hüquqların genişləndirilməsi çağırışına istinad edərək, "bu, həqiqətən də ustad diplomatik jest idi", - deyə qeyd edib.

Qeyd edək ki, Rusiya dəfələrlə Yaponiyanın BMT Təhlükəsizlik Şurasına üzv olması ehtimalını rədd edib.

Lavrov BMT Baş Assambleyasındakı çıxışında BMT Təhlükəsizlik Şurasının “yalnız Asiya, Afrika və Latın Amerikası təmsilçiliyinin genişləndirilməsi yolu ilə” demokratikləşməsinə çağırıb.

"Biz Braziliya və Hindistanın Şuraya daimi üzv olmaq üçün müraciətlərini dəstəkləyirik, eyni zamanda qitə ölkələrinin özlərinin razılaşdırdıqları parametrlər çərçivəsində Afrikaya qarşı tarixi ədalətsizlikləri düzəldirik", - deyə Lavrov vurğulayıb.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm