İdman
Derbidən sonra ara qarışdı: Azarkeşlər rəqib klubun rəhbərliyinə hücum etdi

PSV azarkeşləri Niderland çempionatının 6-cı turunun "Ayaks"la evdə baş tutan oyunundan sonra rəqib klubun texniki direktoru Aleks Krus və idman direktoru Mariyn Bekerə hücum ediblər.
Publika.az xəbər verir ki, bu barədə "De Telegraaf" məlumat yayıb.
Funksionerlərə hücum matçın baş tutduğu "Philips" arenasının pilləkənlərində baş verib. Krusun ayağına zərbə endirilib, Bekerin isə yumruqla bədəninə vurublar.
Qeyd olunur ki, PSV dərhal bu azarkeşlərə qarşı tədbir görüb və onların abunəliklərini dayandırıb. Bundan əlavə, qayda pozanlara Niderlanddakı bütün stadionlara girmək qadağan olunub.
PSV təhlükəsizlik koordinatoru vasitəsilə "Ayaks" rəhbərliyindən üzr istəyib, Amsterdam klubu isə öz növbəsində PSV-yə qarşı sanksiyaların tətbiqində israr etməyib.
Qeyd edək ki, oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Heybət
-
Sosial16:40
Nazir qalmaqallı prorektoru işdən çıxardı
-
Sosial15:58
Cabir İmanov dəfn edildi
-
Dünya15:36
Sarışın qatillər: Kişilərdən daha amansızdırlar, bir qətl üçün...
-
İdman14:19
Qurban Qurbanov: Bu elə bir oyundur ki...
-
İdman13:37
Rövşən Nəcəf Ayxan Abbasovla niyə görüşüb? - AFFA-da müəmmalı vəziyyət
-
Magazin113:17
Cabir İmanovun vida mərasiminə görə Türkiyədən Bakıya gəldilər - FOTO
-
Sosial13:15
Sabah hava yağıntılı və küləkli olacaq
-
Magazin112:43
Cabir İmanovun məşqçisi danışdı - VİDEO