PSJ-də ciddi itki: "Barselona"ya qarşı oynamayacaq
Bizi izləyin

İdman

PSJ-də ciddi itki: "Barselona"ya qarşı oynamayacaq

PSJ-nin hücumçusu Xviça Kvaratsxeliya UEFA Çempionlar Liqasının 2-ci turunda "Barselona"ya qarşı oyunu buraxacaq.

Publika.az xəbər verir ki, onun adı matçın iştirak ərizəsinə daxil edilməyib. Gürcü futbolçu oktyabrın 1-də Barselonadakı "Olimpik Lluís Companys" stadionunda keçiriləcək görüşü buraxacaq.

Xviça Kvaratsxeliya Fransa Liqa 1-in 6-cı turunda PSJ-nin "Oser" üzərində (2:0) qələbə qazandığı matçda zədələnib. Gürcü hücumçu oyunun fasiləsində əvəzlənib.

Parislilər kapitan Markinyosu, eləcə də hücumçular Usman Dembeleni və Dezire Dueni zədə səbəbindən itiriblər.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm