İdman
Leandro Andrade: Qələbə üçün hər şey edəcəyik

“Qarabağ”ın futbolçusu Leandro Andrade mətbuat konfransında iştirak edib.
Publika.az xəbər verir ki, yarımmüdafiəçi Bakıda “Kopenhagen”ə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasın 2-ci turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:
“Azərbaycan xalqını sevindirməyə çalışacağıq. Yenidən bunu etmək şansımız var. Bizim üçün çox vacib matçdır”.
O, stadionun onlar üçün çox münasib olduğunu deyib:
“Meydanda bacardığımızı etməyə çalışacağıq. Rəqib əla komandadır. Çempionlar Liqasında zəif komanda yoxdur. Qalibiyyət üçün hər şey edəcəyik. Tam olaraq bu oyuna köklənmişik”.
“Qarabağ” – “Kopenhagen” oyunu oktyabrın 1-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
-
Sosial15:58
Cabir İmanov dəfn edildi
-
Dünya15:36
Sarışın qatillər: Kişilərdən daha amansızdırlar, bir qətl üçün...
-
İdman14:19
Qurban Qurbanov: Bu elə bir oyundur ki...
-
İdman13:37
Rövşən Nəcəf Ayxan Abbasovla niyə görüşüb? - AFFA-da müəmmalı vəziyyət
-
Magazin113:17
Cabir İmanovun vida mərasiminə görə Türkiyədən Bakıya gəldilər - FOTO
-
Sosial13:15
Sabah hava yağıntılı və küləkli olacaq
-
Magazin112:43
Cabir İmanovun məşqçisi danışdı - VİDEO
-
Sosial12:03
Metroda gedişhaqqı məsələsi parlamentdə müzakirə olundu