İdman
Tahir Gözəl: “Liverpul”dan öndəyik, möcüzədir"

“Sentyabrın 27-də Anım Gününü qeyd etdik. Bu möhtəşəm qələbəni xalqımıza, şəhidlərimizə, qazilərimizə həsr etmək istəyərdim. Cənab Prezidentimiz hazırda Kopenhagendədir və bu qələbəni ona həsr edirik. Möhtəşəm zəfərdir. Çox qürurluyuq”.
Publika.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözəl UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ikinci turunda Bakıda “Kopenhagen”i 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib. O qeyd edib ki, bu gün bütün dünya “Qarabağ”dan danışır:
“Danışacaq da. Bu matç sübut etdi ki, “Benfika” üzərində qazanılan qələbə təsadüf deyildi. “Qarabağ” Avropa futbolu oynayır. Möhtəşəm futbol sərgiləyən bir komanda kimi özünü təsdiqləyib. Bundan sonra da Azərbaycanın adını zirvələrə daşımaq üçün əlimizdən gələni edəcəyik. Mənim komandadan "hər oyunda mütləq qələbə qazanaq" deyə gözləntim yoxdur. Gözləntim odur ki, komanda ürəklə oynasın və əlimizdən gələni edək”.
Tahir Gözəl 2 oyunda qazanılan 6 xalı möcüzə hesab edir:
“Liverpul”dan öndəyik, bu, tarixi andır, möcüzədir. Hesab edirəm ki, 1 qələbə, 1-2 heç-heçə sayəsində 24-lüyə düşə bilərik”.
İlk 24-lüyə düşməyin artıq hədəf olduğunu deyən klub rəhbəri növbəti turda Bilbaoda “Atletik”ə qarşı keçirəcəkləri matçdan da danışıb:
“Daha əvvəl İspaniyada oynamışıq. Xüsusən də, “Atletiko” ilə matçlar yaddaqalan olub. Hər iki görüşdə son 20 dəqiqədə azlıqda oynasaq da, heç-heçəyə nail olmuşduq. Böyük həvəslə İspaniya səfərinə yollanacağıq. Özümüzə inanırıq. Xalqımıza növbəti sevinci yaşatmaq istəyirik”.
-
Rəsmi xronika11:08
İlham Əliyev Kopenhagendə açılış mərasimində iştirak edir
-
Region10:30
Paşinyanı devirmək üçün İrəvana gələn minlərlə “Vaqner”çi: Araşdırma davam edir
-
İdman10:12
Anri yenə "Qarabağ"dan danışdı: Bu komandanı dayandırmaq üçün...
-
Sosial09:10
Xəzərin məyus edən görüntüləri: Axırı necə olacaq? - VİDEO
-
Nəqliyyat08:24
Bakıda 13 yolda tıxac var - Siyahı
-
Magazin207:15
Ebru Gündeşin bu FOTOsu olay oldu - Boşandıqdan sonra tamam dəyişib
-
Kriminal03:44
Adnan Əhmədzadənin mülk SİYAHISI
-
Ekopublika.az02:43
Mask tarixdə sərvəti bu həddə çatan ilk insan oldu - İnanılmaz rəqəm