“Ronaldodan başqa çox az adam onun səviyyəsindədir”
Bizi izləyin

İdman

“Ronaldodan başqa çox az adam onun səviyyəsindədir”

“Barselona” ilə hücumçu Robert Levandovskinin müqaviləsi mövsümün sonunda başa çatır.

Publika.az xəbər verir ki, mətbuatda polşalının yayda klubu tərk edə biləcəyi barədə xəbərlər getdikcə daha çox yayılır. 37 yaşlı forvardın adı “Milan” və Səudiyyə Ərəbistanı klubları ilə hallanır. “Barselona”nın idman direktoru Deko isə müqavilə müddəti başa çatdıqdan sonra Levandovskinin klubda qalma ehtimalı barədə danışıb:

“Robert mənim üçün son illərin ən yaxşı hücumçusudur. O, hər mənada fenomenaldır. Hər şeydə nümunədir. Çox az futbolçu bu səviyyədədir, bəlkə də yalnız Kriştiano Ronaldonu misal göstərə bilərik. Onun intizamı, ciddiliyi, peşəkarlığı heyranedicidir.

Biz Robert Levandovskidən danışırıq, ona görə də bir az hörmət göstərmək lazımdır. Elə buna görə də biz addım-addım hərəkət etməli və bu məsələləri ictimai müzakirəyə çıxarmamalıyıq. O, kifayət qədər ağıllıdır və nə vaxt, hansı şəraitdə bu mövzu barədə danışmağın düzgün olduğunu yaxşı bilir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm