Bakıda ağır qəza: 3 nəfər xəsarət aldı
Bizi izləyin

Hadisə

Bakıda ağır qəza: 3 nəfər xəsarət aldı

Bakının Səbail rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, TƏBİB-in yaydığı məlumatda 3 oktyabr saat 21:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Səbail rayonu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olduğu bildirilib.

Vurğulanıb ki, dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfərə (2-si kişi, 1-i qadın cinsli) ilkin tibbi yardım göstərilib və müştərək travmalar diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm