Magazin1
"Qəribə bir kədərlə üzümə baxıb, gələ bilməyəcəyini dedi"
Əməkdar artist Aybəniz Haşımova mərhum Əməkdar artist Cabir İmanovla bağlı danışıb.
Publika.az xəbər verir ki, onun istəyi ilə konsertə hazırlaşdıqlarını deyən müğənni sosial media hesabında yazıb.
"7 oktyabrda Şəhriyar adına Mədəniyyət Sarayında dahi Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş konsert keçirməyi planlaşdırmışdıq. Bu layihə bizim əziz dostumuz, mərhum Cabir İmanovun sənət adına verdiyi son qərarı idi... Təəssüf ki, onun vaxtsız və gözlənilməz gedişi hamımızı dərin kədərə boğdu və məni çox çətin bir seçim qarşısında qoydu. Son dəfə onunla keçən həftənin cümə günü görüşdük. Dedim, bu konsertdə tələbələrimlə birgə yalnız Üzeyir bəyin deyil, onun davamçısı olmuş digər bəstəkarların da əsərlərini o, cümlədən babanız Süleyman Ələsgərovun "Bilsəm sən gəlirsən" mahnısını şəxsən özüm ifa edəcəyəm. Cabir bəy sevinərək "Çox gözəl olacaq" dedi. Mən də "İnşallah, sizi də konsertdə gözləyəcəyik" söylədim. O isə qəribə bir kədərlə üzümə baxıb, "İndidən üzrlü sayın, ola bilsin ki, gələ bilməyim" dedi. Gələ bilməyəcək... "Ola bilsin ki, rayona getdik, amma buradan qətiyyən narahat olmayın. Hər şey ürəyinizcə olacaq. Necə lazımdır, tapşırmışam" dedi. Bu sözlər qulağımdan getmir və mən nə edəcəyimi bilmirəm. Əlim, qolum sanki sınıb. Bir tərəfdən bu böyük itkinin acısı, digər tərəfdən onun sənət adına verdiyi son qərarı... Özü də, Üzeyir Hacıbəylinin - 140 illiyinə həsr olunmuş yubiley konserti... Siz mənim yerimdə olsaydınız nə edərdiniz?", - deyə Haşımova qeyd edib.
Xatırladaq ki, Cabir İmanov bir neçə gün əvvəl infraktdan dünyasını dəyişib.
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
































