İdman
"Çelsi" son dəqiqədə qolu ilə "Liverpul"u MƏĞLUB ETDİ

Londonun "Çelsi" klubu İngiltərə Premyer Liqasının (APL) VII turunda "Liverpul"a qalib gəlib.
Publika.az xəbər verir ki, Londonda keçirilən görüş 2:1 hesabı ilə başa çatıb.
Hesabı 14-cü dəqiqədə "Çelsi"nin futbolçusu Moises Kaysedo açıb. "Liverpul"un heyətində 63-cü dəqiqədə Kodi Qakpo fərqlənib. Estevao əsas vaxtın son dəqiqəsində "Çelsi"nin qələbəsini təmin edib.
İngiltərə Premyer Liqasının turnir cədvəlində "Liverpul" 15 xalla ikinci, "Çelsi" isə 11 xalla altıncı pillədə qərarlaşıb. Turnir cədvəlinə 15 xalla “Arsenal” başçılıq edir, “Tottenhem” isə 14 xalla ilk üçlüyü tamamlayır.
İngiltərə Premyer Liqasının növbəti turunda "Liverpul" "Mançester Yunayted"lə qarşılaşacaq. Qarşılaşma oktyabrın 19-da baş tutacaq. Komandalar meydana Bakı vaxtı ilə saat 20:30-da çıxacaq.
"Çelsi" oktyabrın 18-də "Forest"lə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.
Xatırladaq ki, "Liverpul" İngiltərənin hazırkı çempionudur.
Hüseyn İbadlı
-
Magazin200:15
Beynində şiş aşkarlanan məşhur müğənni hər kəsi duyğulandırdı - FOTO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Sizin sürətinizə çata bilmirlər
-
Nida Xəbər 4 Oktyabr 23:12
Savaşın taleyini dəyişən Cəbrayıl əməliyyatı - Düşmən necə darmadağın edildi?
-
İdman4 Oktyabr 22:48
"Çelsi" son dəqiqədə qolu ilə "Liverpul"u MƏĞLUB ETDİ
-
Magazin14 Oktyabr 22:10
Rasim Balayevin nəvəsinin toyudur - FOTO/VİDEO
-
Magazin14 Oktyabr 21:36
İlkin ARB-də efirə qayıdır - VİDEO
-
Dünya4 Oktyabr 20:12
Çin fəlakətlə üz-üzə - Ən yüksək xəbərdarlıq səviyyəsi elan edildi
-
İdman4 Oktyabr 19:24
İspan futbolçu "Qarabağ"a qarşı oynaya bilər