Savaşın taleyini dəyişən Cəbrayıl əməliyyatı - Düşmən necə darmadağın edildi?
Bizi izləyin

Nida Xəbər

Savaşın taleyini dəyişən Cəbrayıl əməliyyatı - Düşmən necə darmadağın edildi?

Bu gün Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı ilk böyük qələbədən - Cəbrayılın işğaldan azad edilməsindən 5 il keçir.

Publika.az xəbər verir ki, "Baku" TV-nin "Qarabağ xronikası" verilişinin yeni buraxılışında Cəbrayıl əməliyyatının detalları diqqətə çatdırılıb.

Bildirilib ki, 1993-cü ildə işğal edilən Cəbrayıl 27 il sonra, 2020-ci ilin 4 oktyabrında qəhrəman Azərbaycan əsgərinin gücü ilə azad olundu. Bu qələbə müharibənin gedişatını dəyişdi, qələbəyə aparan yolun başlanğıcını qoydu.

Qeyd edilib ki, Cəbrayıl əməliyyatı zamanı Azərbaycan Ordusu Nüzgar, Böyük Mərcanlı və Quycaq istiqamətlərində ardıcıl uğurlar qazandı, düşmənin müdafiə xəttini yardı və şəhərə daxil olaraq Azərbaycan bayrağını Cəbrayıl üzərində dalğalandırdı.

O da vurğulanıb ki, bu gün artıq Cəbrayıl yenidən qurulur - yeni evlər, məktəblər, sosial obyektlər və yollar inşa olunur, sakinlər doğma yurdlarına qayıdırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm