Cinayət dünyası
89 nəfəri öldürmüş "Anqarsk manyakı"nın dəhşətli əməlinin yeni detalı - FOTOLAR(VİDEO)
Rusiyada bir zamanlar dəhşətli cinayətləri ilə cəmiyyəti şoka salmış məşhur "Anqarsk manyakı" ləqəbli Mixail Popkovun əməllərinin daha bir detalı məlum olub.
Publika.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Nəşr sənədlərə istinad edib. Məlum olub ki, 89 qurbanı olan və İrkutsk vilayətində yaşamış qatil qurbanlardan birini öldürən zaman evə təmir üçün gətirdiyi baltdan istifadə edib.
Dindirmə zamanı Popkov bildirib ki, o, 2011-ci ilin qışında mənzil alıbmış. Həmin vaxt qatil mühafizə şirkətində işləyirmiş.
Sənəddə deyilir: "Növbədən sonra dincələn zaman təmir işləri aparmaq üçün yeni aldığım mənzilə getmək qərarı verdim. Özümlə bir bel çantası götürdüm. Onun içərisində müxtəlif xırda əşyalar, o cümlədən kiçik balta və plastik butulkada aseton da var idi".
Manyak bu ilin avqust ayının sonlarında balta ilə həyata keçirimiş qətldə təqsirli bilinib. İstintaqın məlumatına görə, qətl 2011-ci ilin mayında Anqarsk parkında, Sovremennik Mədəniyyət Mərkəzinin arxasında baş verib. Qatil əvvəllər həmin qadınla görüşübmüş. Onların söhbəti qısa müddətdə mübahisəyə çevrilib və Popkov qadına balta ilə hücum edib.
Xatırladaq ki, cinayət tarixinə "Anqarsk manyakı" kimi düşmüş qəddar qatil 2012-ci ildə həbs edilib. O zaman müstəntiqlər 22 qətli sübuta yetirə bilmişdilər. Lakin sonradan öldürülən qadınların sayı artıb, yeni faktlar aşkarlanıb.
Tural
-
Sosial20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən Ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi




































.jpg)
