Avropa
Merkel Ukraynadakı münaqişə ilə bağlı ÇAĞIRIŞ ETDİ
Almaniyanın keçmiş kansleri Angela Merkel Ukraynadakı münaqişənin həllinə diplomatik yanaşmaya çağırıb.
Publika.az xəbər verir ki, o, bu barədə “Partizan”a müsahibəsində danışıb.
“Rusiya-Ukrayna münaqişəsi məsələsində, bir tərəfdən, biz hərbi baxımdan güclənməliyik və Avropa bunu edir. Amma mən həm də düşünürəm ki, Soyuq Müharibə dövründə olduğu kimi, diplomatiya həmişə vacibdir,” - deyə Angela Merkel bildirib.
Sabiq kanslerin sözlərinə görə, Avropa liderləri diplomatik addımların hadisələrin gedişatına necə təsir göstərə biləcəyini əvvəlcədən və birlikdə düşünməlidirlər.
Merkel vurğulayıb ki, nə Almaniya Federativ Respublikasının, nə də özünün heç vaxt həddindən artıq gücə sahib olduğunu hiss etməyib. O əlavə edib ki, beynəlxalq səviyyədə birgə hərəkət etmək vacibdir, çünki ölkələr ortaq qərar qəbul edə bilməsələr, heç bir təşəbbüs reallaşa bilməz.
Hüseyn İbadlı
-
Ekologiya22:32Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi açıqlama
-
Hadisə21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?
-
Ekologiya20:12Həftəsonu ilə bağlı vacib xəbərdarlıq
-
İdman19:00"Qarabağ" "Tvente"ni keçsə, oyunçular bu qədər mükafat alacaq
-
Hadisə18:20"Qızıl Qaya" kafesi yanıb kül oldu
-
Dünya16:34ABŞ Rusiyaya qarşı Yaponiyaya dəstək verdi: Kuril adaları sizindir!
-
Rəsmi xronika13:52İlham Əliyev fərman imzaladı























.jpg)
.jpg)













