İdman
Ərəblərdən Keynə fantastik təklif

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu “Bavariya”nın hücumçusu Harri Keynə illik 100 milyon avro maaş təklif edib.
Publika.az xəbər verir ki, bu barədə Almaniyanın nüfuzlu “Bild” nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, ərəblər ingilis forvardla 3 illik müqavilə imzalamağa hazırdır və ümumi məbləğ 300 milyon avro təşkil edir.
32 yaşlı futbolçu 2023-cü ildə Yaxın Şərq klublarının təklilərini rədd etmişdi, lakin gələn yay bu təklifi nəzərdən keçirə bilər.
Keyn “Tottenhem”dən “Bavariya”ya 2023-cü ilin yayında keçib. Bu müddətdə o, bütün turnirlərdə 106 oyun keçirib, 103 qol vurub və 29 məhsuldar ötürmə edib. Hücumçunun hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” məlumatına görə, onun bazar dəyəri 75 milyon avrodur
-
İdman23:24
"Sevilya" "Barselona"nı darmadağın etdi
-
Sosial23:12
Özü azərbaycanlı, əri Qəzzadandır - Bakıya gətirilən ailə danışdı / VİDEO
-
Yaxın Şərq23:00
İsrail-HƏMAS danışıqları bu şəhərdə keçiriləcək - TƏSDİQLƏNDİ
-
Magazin221:48
"Eşref"in "Rüya"sı güzgü qarşısında poza verdi - FOTO
-
Əmlak20:48
Sənədsiz evlər problemi - Yüzlərlə ailə çıxarış gözləyir
-
İKT20:12
Bir güllə minlərlə insanı internetsiz qoydu - FOTO
-
Magazin119:36
Xoşqədəmin verilişinə o aparıcılıq edir
-
Cənubi Qafqaz11:19
Paşinyan Göyçə gölündə kabab çəkdi, ermənilər qəzəbləndi - VİDEO