Qvardiola Ferqyusonun tarixini rekordunu qırdı
Bizi izləyin

İdman

Qvardiola Ferqyusonun tarixini rekordunu qırdı

İngiltərə Premyer Liqasının 7-ci turunda “Mançester Siti” səfərdə “Brentford”a 1:0 hesabı ilə qalib gəlib.

Publika.az xəbər verir ki, bu nəticə ilə “şəhərlilər”in baş məşqçisi Premyer Liqa tarixində 250 qələbəyə ən sürətli çatan mütəxəssis olub. Bunun üçün ona cəmi 349 matç kifayət edib.

Əvvəlki rekord “Mançester Yunayted”in sabiq baş məşqçisi ser Aleks Ferqyusona məxsus pıib. O, 250 qələbəyə 404 qarşılaşmada nail olub. Sonrakı yerlərdə isə Arsene Venqer (423 oyun) və Deyvid Moyes (645 oyun) qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm