Yaxın Şərq
İsrail-HƏMAS danışıqları bu şəhərdə keçiriləcək - TƏSDİQLƏNDİ
İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza bölgəsində vəziyyətin sabitləşdirilməsi yollarını müzakirə etmək üçün İsrail nümayəndə heyətinin Misirə göndərilməsi barədə göstəriş verib.
Publika.az TASS-a istinadla xəbər verir ki, danışıqların keçiriləcəyi yer Sinay yarımadasında yerləşən Şarm əl-Şeyx şəhəri olacaq.
“Nümayəndə heyəti artıq sabah (oktyabrın 6) Şarm əl-Şeyxə yola düşəcək”, - Baş nazirin administrasiyası bildirib.
Bundan əvvəl Misirin Xarici İşlər Nazirliyi 6 oktyabr tarixində Misir ərazisində İsrail və Fələstinin radikal HƏMAS hərəkatı arasında növbəti dolayı danışıqlar raundunun keçiriləcəyini açıqlamışdı. Həmin vaxt görüşün keçiriləcəyi konkret şəhər göstərilməmişdi.
Eyni gün Misirin “Əl-Qahira əl-İxbaria” telekanalı danışıqların çox güman ki, Qahirədə baş tutacağını bildirmişdi. Bununla yanaşı, "Al Hadath" panərəb telekanalı görüşün Şarm əl-Şeyxdə keçirilə biləcəyini ehtimal etmişdi.
Hüseyn İbadlı
-
Nida Xəbər 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?












.jpg)








.jpg)




.jpg)










