İdman
Özbəkistan millisini DÇ-2026-ya dünya çempionu və "Qızıl top"un sahibi aparacaq - RƏSMİ
Özbəkistan Futbol Assosiasiyası Fabio Kannavaronu milli komandanın baş məşqçisi təyin edib.
Publika.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Müqavilənin müddəti 2026-cı il dünya çempionatı başa çatana qədər nəzərdə tutulub.
Kannavaronun sonuncu klubu 2025-ci ilin yazında ayrıldığı “Dinamo” (Zaqreb) olub. Onun rəhbərliyi altında komanda 14 oyunda 7 qələbə qazanıb, 5 dəfə uduzub və 2 dəfə heç-heçə edib. Tanınmış sabiq futbolçunun məşqçi karyerasında həmçinin “Udineze” və “Benevento” klubları da yer alıb.
Xatırladaq ki, Özbəkistan millisi tarixində ilk dəfə 2026-cı il dünya çempionatında iştirak edəcək. Komanda seçmə mərhələyə Sloveniya mütəxəssisi Sreçko Katançın rəhbərliyi altında başlayıb. O, yanvar ayında səhhətindəki problemlərə görə vəzifəsindən ayrılıb.
Qeyd edək ki, Fabio Kannavaro futbolçu kimi İtaliya millisi ilə DÇ-2006-nın qalibi olub və həmin il "Qızıl top" mükafatını qazanıb.
Heybət

-
İdman03:18Messi karyerasını bitirdikdən sonra burada yaşayacaq: Bekhem sirri açdı
-
Qoroskop00:55Günün ulduz falı: romantik və emosional anlar yaşanacaq
-
Hadisə7 Dekabr 23:35Ağ Şəhərdə dənizdə batan şəxs belə xilas edildi - VİDEO
-
Sağlamlıq7 Dekabr 21:13H3N2 virusu sizi xəstəxanalıq edə bilər - Bu əlamətlərə diqqət!
-
Digər7 Dekabr 21:00Güclü maqnit qasırğaları olacaq - XƏBƏRDARLIQ
-
Ekopublika.az7 Dekabr 20:32Dubaydakı ən bahalı evi o aldı - FOTOLAR
-
Magazin27 Dekabr 19:00“Polat Alemdar”ın ilginc hekayəsi ortaya çıxdı - İnanılmaz detal
-
Ekologiya7 Dekabr 17:40Meteohəssas insanların nəzərinə!





























.jpg)




