İdman
İrqçilik edən erməni futbolçunu hansı cəza gözləyir?

Ermənistan millisinin yarımmüdafiəçisi və Rusiyanın “Krasnodar” klubunun kapitanı Eduard Spertsyan irqçiliyə görə Rusiya Premyer Liqasında 10 oyunluq diskvalifikasiya oluna bilər.
Publika.az xəbər verir ki, bu barədə “Sport24.ru” RFS reqlamentinə istinadən məlumat yayıb.
RPL-in 11-ci turunda “Axmat”la oyunun (2:0) 85-ci dəqiqəsində Qroznı klubunun yarımmüdafiəçisi İbrahim Ndonq Spertsyanın üzünə vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Seneqallının dediyinə görə, “Krasnodar”ın kapitanı ona “Sus, ey qara köpək” deyib.
Eduard Spertsyan öz Telegram kanalında video yayımlayaraq vəziyyəti şərh edib.
“Dünənki vəziyyətə münasibət bildirmək istəyirəm ki, artıq miqyasından kənara çıxıb. Mənə qarşı irəli sürülən sübuta yetirilməmiş ittihamları qəbuledilməz hesab edirəm. Hər vasitə ilə haqlı olduğumu sübut etməyə hazıram. İndi baş verənlər bir az gülüncdür, bir növ sirkə bənzəyir. İndi bu haqda çox yazırlar, amma bilin ki, sözlərimə cavabdehəm”, – erməni futbolçu deyib.
Əlavə edək ki, RPL-in 2025/2026 mövsümündə Eduard Spertsyan 4 qol vurub, 10 məhsuldar ötürmə edib.
-
Hadisə22:14
Bakıda binada yanğın oldu, 2 nəfər tüstüdən zəhərləndi
-
Avropa21:49
Fransanın müdafiə naziri də istefa verdi
-
Magazin121:37
Azərbaycanlı aparıcının maşınından oğurluq edildi: Şüşəni sındırıblar və...
-
Nida Xəbər 19:40
Hakan Fidan Azərbaycanda səfərdədir
-
Rəsmi xronika18:40
İlham Əliyev Qəbələdə Orban ilə görüşdü - Foto/Yeniləndi
-
Nəqliyyat18:30
Bakıda 14 yolda tıxac yarandı - Siyahı
-
Nida Xəbər 15:40
Sadır Japarov Azərbaycana gəldi - FOTO
-
MDB15:28
Kremldən Putinin nəvələri ilə bağlı açıqlama: Onu necə təbrik edəcəklər?