Rodri ilə bağlı rəsmi açıqlama: Bu oyunları buraxacaq
Bizi izləyin

İdman

Rodri ilə bağlı rəsmi açıqlama: Bu oyunları buraxacaq

İspaniya yığmasının və “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri DÇ-2026-nın seçmə oyunlarında iştirak etməyəcək.

Publika.az xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyasının (RFEF) saytında məlumat verilib.

Bildirilir ki, Rodriqo Ernandes Gürcüstanla Elçedə, Bolqarıstanla isə Valyadolidə keçiriləcək görüşlərin iştirakçı siyahısına daxil edilməyib. O, klubunda tibbi müayinədən sonra zədəsinin təsdiqlənməsi səbəbindən heyətdən kənarda qalıb.

Qeyd edək ki, Futbolçu bazar günü “Brentford” – “Mançester Siti” oyununda (0:1) zədə səbəbindən əvəzlənmişdi.

Luis de la Fuentenin rəhbərlik etdiyi İspaniya millisi 2 oyunda 6 xal toplayaraq E qrupunun lideridir. Gürcüstan və Türkiyə 3 xalla 2-ci və 3-cü yerləri bölüşür, Bolqarıstan isə xalsız sonuncu pillədə qərarlaşıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm