İdman
Voyçek Şensninin seriyası qırıldı

“Barselona”nın polşalı qapıçısı Voyçek Şensni İspaniya çempionatında ilk dəfə məğlubiyyət yaşayıb.
Publika.az xəbər verir ki, La Liqanın 8-ci turunda səfərdə Kataloniya klubu “Sevilya”ya 1:4 hesabı ilə uduzub.
Şensni üçün bu, cari mövsümdə La Liqadakı ikinci oyun olub. Daha əvvəl o, qapıda olduğu görüşdə “Barselona” “Real Sosyedad”ı 2:1 hesabı ilə məğlub edib. Ötən mövsümdə debüt edən polşalı qolkiper La Liqada 15 matça çıxıb, 14 qələbə qazanıb və 1 dəfə heç-heçə oynayıb.
Qeyd edək ki, Şensni 2024-cü ilin oktyabrında “Barselona”ya qoşulub. Bu müddətdə o, bütün turnirlərdə 33 oyuna çıxıb, onların 14-də qapısını toxunulmaz saxlayıb. "Transfermarkt"ın məlumatına görə, futbolçunun bazar dəyəri 1 milyon avrodur. 35 yaşlı qapıçının klubla müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Heybət
-
Rəsmi xronika18:40
İlham Əliyev Qəbələdə Orban ilə görüşdü - Foto/Yeniləndi
-
Nida Xəbər 15:40
Sadır Japarov Azərbaycana gəldi - FOTO
-
MDB15:28
Kremldən Putinin nəvələri ilə bağlı açıqlama: Onu necə təbrik edəcəklər?
-
Nida Xəbər 15:11
Orban artıq Qəbələdədir: Ərdoğanla Tokayev də gələcək
-
Hadisə14:02
Gəncədə maşın 4 piyadanı vurdu - Ölən və yaralananlar var
-
Səhiyyə12:14
Əhalinin nəzərinə: Oktyabrın 8-dən...
-
Sosial11:56
Rusiya xüsusi sistem hazırlayıb: Azərbaycanda da satılan bu zərərli məhsullarla bağlı
-
Rəsmi xronika11:50
İlham Əliyev Qəbələdə Binəli Yıldırımı qəbul etdi